Ərdoğan: Dünyada məzlumları qoruyacaq bir institusional mexanizm yoxdur

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda dünyada məzlumları qoruyacaq, zalımları dayandıracaq, zülmün qarşısını alacaq heç bir institusional mexanizmin olmadığını bildirib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı İstanbulda Albarak İslam Maliyyə Sammitində çıxışı zamanı deyib: “Qlobal sistem bütün elementləri ilə bu günün reallıqlarına uyğun olaraq yenidən dizayn edilməlidir”.

Türkiyə prezidenti daha balanslı, daha ədalətli və daha əhatəli bir sistem yaratmaq üçün birləşməyə çağırıb.

P.ƏMİRCANOV
XQ

Dünya