Blinken və Berbok Çini müzakirə ediblər

post-img

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibi Antoni Blinken və Almaniyanın xarici işlər naziri Annalena Barbok telefon danışığı zamanı Çindən gələn təhdidlərlə bağlı məsələləri müzakirə ediblər. Məlumatı “İnterfaks.ru” verib. 

Tərəflər “Ukraynaya dəstəyi təsdiqləyib və Çin Xalq Respublikasının qarşıya qoyduğu çağırışları, o cümlədən bu ölkənin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyini müzakirə ediblər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Qəzza zolağında atəşkəs və girovların azad edilməsi məsələsini də qaldırıblar.

“Onlar Yaxın Şərqdə münaqişənin eskalasiyasının və İranın yaratdığı təhdidlərin qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”, - Dövlət Departamenti bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya