Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib

post-img

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliyinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

XQ xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

“Biz Suriya Ərəb Respublikasının Dəməşq şəhərində bir qrup etirazçılar tərəfindən BƏƏ səfirliyinə edilən son hücumu şiddətlə qınayırıq. Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyena Konvensiyasının aydın şəkildə pozulmasıdır. Biz Suriya hökuməti tərəfindən verilən bəyanatı və hökumətin bu məsələyə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab vermələri üçün bütün tədbirlərin görülməsi ilə bağlı əzmini alqışlayırıq”, - paylaşımda bildirilib.

 
 

Siyasət