“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb

post-img

İran Prezidenti Seyid İbrahim Rəisi və ölkənin bir neçə rəsmi şəxsinin olduğu helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən bölgəyə göndərilən “Bayraktar AKINCI” İHA-Pilotsuz Döyüş Aparatı hadisə yerini müəyyən edib. “Bayraktar AKINCI”nın İrandaki axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, rəsmi Tehranın xahişi ilə əraziyə cəlb edilən Türkiyə istehsalı İHA Van şəhərindən hərəkət edərək beş saat ərzində havada qalıb. Bu, eyni zamanda, Türkiyə istehsalı İHA-nın İran ərazisində bu qədər dərindən araşdırma etdiyi ilk uçuşudur.

Qeyd edək ki, Türkiyə təkcə hərbi əməliyyatlarda deyil, xüsusilə təbii fəlakətlər, qəzalar kimi vəziyyətlərdə kəşfiyyat və müşahidə məqsədilə bu vasitələrdən ən yaxşı istifadə edən ölkə olaraq önə çıxır. Ətraf ölkələrdə bu şəraitdə uçan və belə kritik missiyanı öhdəsinə götürə bilən ikinci pilotsuz uçuş aparatı yoxdur. Hazırda Türkiyənin bütün İHA və SİHA-ları gecə uçuş missiyalarını yerinə yetirmə qabiliyyətinə malikdir.

Dünya