NYT: ABŞ kosmosda peyklərə qarşı sistemlər yerləşdirməyi planlaşdırır

post-img

ABŞ Müdafiə Nazirliyi kosmosda ölkənin peyk şəbəkəsini hücumdan qoruyacaq və lazım gəldikdə digər ölkələrin peyklərini sıradan çıxaracaq yeni nəsil yer və kosmik texnologiyalar yerləşdirməyi planlaşdırır. Bu barədə “The New York Times” Pentaqonun nümayəndələrinə istinadən yazır.

“Pentaqonun hərəkətlərinin təfərrüatları ciddi şəkildə məxfi olaraq qalır. Lakin Müdafiə Departamentinin rəsmiləri kosmosun getdikcə döyüş meydanına çevrildiyi üçün bu təşəbbüsün hərbi əməliyyatlarda böyük dəyişikliyi əks etdirdiyini getdikcə daha çox qəbul edirlər. Qeyd olunur ki, Pentaqon nümayəndələri 2026-cı ilə qədər "tam spektrli əməliyyatlarda rəqabət aparmağa imkan verəcək əhəmiyyətli orbital imkanlara" malik olmağın planlaşdırıldığı istisna olmaqla, hər hansı detalı müzakirə etməkdən imtina ediblər.

Qəzet, həmçinin kosmosun hərbiləşdirilməsinin qaçılmaz olduğunu deyən müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumbdan sitat gətirir. Departamentin digər nümayəndələri, "The New York Times" yazır, kosmosu nəinki potensial müharibə zonası hesab edir, həm də qeyd edirlər ki, orada kosmik silahların yerləşdirilməsi kifayət qədər sürətlə getmir.

"The New York Times" qəzetinin yazdığına görə, Vaşinqton Moskva və Pekini kosmosda müxtəlif texnika, o cümlədən hərbi texnika yerləşdirməyə dair sübut olmadan ittiham edir. Bununla belə, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında kosmosda silah yerləşdirməyə qadağa tətbiq etməyi təklif ediblər, lakin bu, rədd edilib, məqalədə qeyd olunur.

2024-cü ilin aprelində Rusiya ABŞ-ı kosmosun hərbiləşdirilməsinin qarşısının alınmasına yönəlmiş beynəlxalq müqavilələrin hazırlanması istiqamətində addımlar atmağa çağırıb. Elə həmin ay Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasında nüvə silahının və digər kütləvi qırğın silahlarının yerin orbitində yerləşdirilməsini qadağan edən ABŞ-Yaponiya qətnaməsinə veto qoyuB.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vetonunu belə izah edib ki, Rusiya Federasiyası kosmosda təkcə nüvə deyil, istənilən silahı qadağan etməyə çalışır.

S.ELAY

XQ

Dünya