ABŞ Ukrayna münaqişəsi fonunda Almaniyanın müdafiə sənayesinin böyüdüyünü açıqlayıb

post-img

Almaniyanın hərbi sənaye kompleksi (DIC) sifarişlərin sayının artması və avtomobil sənayesindəki böhran fonunda daha fəal inkişaf etməyə başladı. Bu barədə "Bloomberg" məlumat yayıb.

"Bloomberg"in məlumatına görə, hava hücumundan müdafiə üçün hissələri istehsal edən “Hensoldt” öz heyətini aktiv şəkildə artırır. 2024-cü ildə bütün bölmələr üzrə 700 yeni işçi işə götürməyi planlaşdırır.

Ən böyük hərbi texnika və silah istehsalçılarından biri olan "Rheinmetall" konserni bu il satışların 7,2 milyard avrodan 10 milyard avroya yüksələcəyini gözləyir. "Bloomberg" qeyd edir ki, 2023-cü il boyu şirkətin Almaniyadakı vakansiyalarına 108 min insan cavab verib. 2024-cü ilin əvvəlindən bu rəqəm 38 mini keçib.

Agentlik bildirib ki, münaqişənin başlanmasından sonra müdafiə sənayesinə münasibətin dəyişməsi və maaşların artması fonunda sənayedə işləməyə maraq artıb. Bildirilir ki, bu sahədə orta statistik işçi ildə 68 min avro qazanır.

S.ELAY

XQ

Dünya