Türkiyə xüsusi xidmət orqanları "İslam Dövləti" qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“Ölkənin dörd vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - nazir X-də (keçmiş Twitter) yazıb.
İdarənin məlumatına görə, il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.
XQ