Stavropol vilayətinin Krasnoqvardeyski rayonu ərazisində təyyarə əkin sahəsinə çırpılıb. Bu barədə qubernator Vladimir Vladimirov bildirib.
"Əməliyyat məlumatlarına görə, dağıntı və tələfat olmayıb, pilotlar göyəttəni tərk ediblər", - qubernator Telegram kanalında yazıb.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Tu-22M3 qəzaya uğrayan zaman təyyarədə heç kim olmayıb. Üç pilot göyərtəni tərk edə bilib, ikisi xəstəxanaya yerləşdirilib, biri axtarılır. Qəzaya səbəb texniki nasazlıq ola bilər.
S.ELAY
XQ