Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
P.ƏMİRCANOV
XQ