Pentaqonun departamentin saytında dərc olunmuş bəyanatında deyilir ki, ABŞ İranla birbaşa münaqişəyə can atmır, lakin onun İsrail ərazisinə hücumlarını pisləyir.
“Biz İranla münaqişəyə can atmırıq, lakin qoşunlarımızı qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, - məlumatda bildirilib.
Qeyd olunur ki, hücum zamanı ABŞ hərbçiləri İsrailə doğru hərəkət edən onlarla pilotsuz uçuş aparatı (PUA) və raketləri ələ keçirə bilib.
S.ELAY
XQ