İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.
TASS xəbər verir ki, bu açıqlama ilə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu çıxış edib.
“Son illərdə, hətta son həftələrdə İsrail İranın birbaşa hücumu ehtimalına hazırlaşır. Amma müdafiə sistemləri yerləşdirilib, biz həm müdafiədə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırıq”, - deyə İsrailin baş naziri bildirib.
Netanyahunun müraciətinin videosu onun ofisi tərəfindən yayılıb.
S.ELAY
XQ