İran İsrailə pilotsuz təyyarə ilə hücum edib.
Xarici KİV yazır ki, bu barədə “KAN” radiosu məlumat yayıb.
Hələlik hücumun təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, İsrail ordusu bu gün Hava Hücumundan Müdafiə Sistemlərinin aktiv hala gətirildiyini, bütün təhsil müəssisələrinin fəaliyyətinin isə müvəqqəti dayandırıldığını bildirmişdi.
Bundan bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri səmada onlarla təyyarə ilə həyəcan vəziyyətinə gətirilmişdi. Əməliyyat ABŞ-la razılaşdırılaraq həyata keçirilir.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrandan birbaşa hücuma çoxdan hazır olduğunu bildirib. İsrail 12 telekanalı xəbər verir ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saat bağlanacaq. Bundan əvvəl İordaniya hakimiyyəti hava məkanını müvəqqəti bağlamışdı.
“İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir və səmada onlarla hazırlanmış təyyarə var. Biz strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı davam etdiririk”, - deyə İDF sözçüsü Daniel Hagari brifinqdə bildirib. O, həmçinin deyib ki, bu həftə İDF vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlıq planlarını təsdiqləyib.
S.ELAY
XQ