Çin Putinin rəhbərliyi altında Rusiyanın sabit inkişafını dəstəkləyir

post-img

Çin Prezident Vladimir Putinin rəhbərliyi altında Rusiyanın stabil inkişafına dəstək vermək niyyətindədir. Bu barədə Çinin xarici işlər naziri Van Yi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Vanq Yi Putinin “rekord səviyyədə dəstək”lə yenidən dövlət başçısı seçilməsi münasibətilə Çin adından rusları bir daha təbrik edib: “Rusiyanın mehriban qonşusu və hərtərəfli strateji tərəfdaşı kimi, biz Prezident Putinin rəhbərliyi altında Rusiyanın sabit inkişafı və dirçəlişini qətiyyətlə dəstəkləyəcəyik”. 

Çinli nazirin sözlərinə görə, Moskva və Pekin dünya miqyasında strateji əməkdaşlığı gücləndirməkdə davam edəcək: “Rusiyanın BRİKS-də sədrliyi və Çin tərəfinin ilin ikinci yarısından etibarən ŞƏT-də sədrliyi çərçivəsində biz bir-birimizə güclü dəstək verəcəyik və çoxtərəfli əməkdaşlığımızı artıracağıq”.

 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya