Aİ Ermənistana dörd ildə 270 milyon avro qrant verəcək

post-img

Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir. Bunu aprelin 5-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ, ABŞ və Ermənistanın Brüsseldə keçirilən üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib. Xəbəri “İzvestiya.ru” verib. 

“Biz qarşıdakı dörd il ərzində 270 milyon avro qrant verəcəyik. <…> Biz Ermənistanı dəstəkləyəcəyik ki, o, daha dayanıqlı olsun. Biz kiçik biznesi, kiçik və orta biznesi dəstəkləyəcəyik, onların inkişafına, yeni bazarlara çıxmasına kömək edəcəyik”, - Ermənistanın “News.am” agentliyi onun sözlərini sitat gətirir.

Onun sözlərinə görə, Aİ ilk növbədə infrastruktur layihələrinə, xüsusilə, Qara dəniz elektrik kabeli layihəsi, eləcə də bərpa olunan enerji istehsalı sahələrinə sərmayə qoyacaq.

 

P.ƏMİRCANOV

XQ

Dünya