Finlandiya-Rusiya sərhədi qeyri-müəyyən vaxtadək bağlı qalacaq

post-img

Finlandiya hakimiyyəti Rusiya Federasiyası ilə sərhədin bağlanmasını qeyri-müəyyən müddətə uzatmaq qərarına gəlib. Bu barədə bu gün Bloomberg Finlandiya hökumətinin bəyanatına istinadən xəbər verir. 

"Finlandiya Rusiya ilə sərhədini növbəti bildirişə qədər bağlı saxlayacaq", - agentlik bildirib.

2023-cü il noyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orpo qeyri-qanuni miqrant axını ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar ölkənin Rusiya ilə sərhəddə biri istisna olmaqla, bütün keçid-məntəqələrini bağlayacağını açıqlayıb.

Helsinkinin fikrincə, son vaxtlar Finlandiya və Rusiya sərhədində vəziyyət pisləşib. 

P.ƏMİRCANOV
XQ

Dünya