Rusiyada helikopter qəzaya uğrayıb

post-img

“İnterfaks” təcili yardım xidmətinə istinadən xəbər verir ki, göyərtəsində 20 sərnişin olan Rusiyaya məxsus Mi-8 helikopteri Maqadan vilayətinin Şimal-Even bələdiyyəsində yerləşən Kvartsevaya yaxınlığında qəzaya uğrayıb.

Federal Hava Nəqliyyatı Agentliyi helikopterin qəzaya uğraması nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Helikopter martın 14-də yerli vaxtla saat 11:05-də Maqadan vilayətinin Evensk şəhərindən 75 km aralıda qəzaya uğrayıb. Helikopterin göyərtəsində üç ekipaj üzvü və 17 qızıl mədəni işçisi olub. Maqadan vilayətinin qubernatoru Sergey Nosov bildirib ki, qəza yerinə xilasedicilər qrupu və həkimlər göndərilib. Uzaq Şərq Nəqliyyat Prokurorluğu qəzanın səbəbini mühərrikin nasazlığı ilə əlaqələndirib. Faktla bağlı araşdırma aparılır.

S.ELAY

XQ

Dünya