Səfir: Müxalifət seçkilərdə qalib gələrsə, Cənubi Afrika BRİKS-i tərk edə bilər

post-img

Cənubi Afrika Respublikasının (CAR) Rusiyadakı səfiri Mzuvukile Jeff Maketuka TASS-a bildirib ki, müxalifət seçkilərdə qalib gələrsə, ölkə xarici siyasət kursunu dəyişə və BRİKS-dən çıxa bilər. CAR prezidenti Siril Ramafosa daha əvvəl respublikada ümumi seçkiləri mayın 29-na təyin etmişdi.

CAR səfiri deyib ki, əgər rəsmi müxalifət seçkidə qalib gəlsə, Cənubi Afrikanın xarici siyasət mövqeyində dəyişiklik olacaq: "Bu baş verərsə, Argentinada baş verənlərlə eyni şəkildə, Cənubi Afrikanın BRİKS-dən çıxarılacağı ehtimalı yüksəkdir".

Mayın 29-da Cənubi Afrika Respublikasında ümumi milli və regional seçkilər keçiriləcək. Seçkilər zamanı 400 yerlik Milli Assambleyanın üzvləri seçiləcək, bundan sonra yeni parlament ölkə prezidentinin seçilməsi ilə bağlı qərar verəcək. Hazırda ölkədə hakim partiya Afrika Milli Konqresidir. Təhlilçilər hesab edirlər ki, iqtidar partiyası 30 ildə ilk dəfə parlamentdə çoxluğu əldə edə bilməyəcək. Cənubi Afrikada əsas müxalifət partiyası Demokratik Alyansdır. Cənab Maketukanın sözlərinə görə, o, “Rusiyanın dostu deyil”.

S.ELAY

XQ

Dünya