Erməni KİV: İnsanlar gedirlər, Ermənistanın gələcəyi yoxdur

post-img

Hakimiyyətin vədlərinə baxmayaraq, son illər Ermənistandan mühacirət nəinki dayanmır, hətta sürətlənir. Hələ də gedənlərin sayı qayıdanlardan onlarla, hətta minlərlə nəfər çoxdur. 

Bu barədə Ermənistanın “168.zham” nəşrində dərc olunan məqalədə deyilir.

“Ermənistan ermənilərdən boşaldılır, yadellilərlə doldurulur. Ermənistan ərəblərin, assurların və başqa xalqların vətəninə çevrilə bilər. Hətta son iki ildə qeydə alınan yüksək iqtisadi artım templəri belə insanların Ermənistanı tərk etməsinə mane olmur. Ermənilər gedir, xaricilər gəlir. Təsadüfi deyil ki, gedənlərin sayı artıb. Ötən il Ermənistana daha çox başqa ölkələrin vətəndaşları gəlib, lakin onlar artıq Rusiya vətəndaşı deyillər. Ukrayna ilə münaqişədən sonra Ermənistana köçən ruslar da gedir. Əvəzində digər ölkələrin, xüsusən də Hindistan vətəndaşlarının sayı kəskin şəkildə artıb. Əgər bir-iki il əvvəl Ermənistanın küçələrində bir neçə hindistanlıya rast gəlmək olardısa, bu gün onlar hər yerdədir. Həm də təkcə hindlilər deyil. Əgər həqiqətən də, iqtisadiyyatda və sosial sahədə hər şey hakimiyyətin təsəvvür etməyə çalışdığı qədər yaxşıdırsa, niyə bu insanlar getməyi seçirlər? Yoxsa yaxşı yaşamağa öyrəşməyiblər? Ermənistanda həyatın bu qədər yaxşı olduğunu nəzərə alsanız belə, insanlar yenə də gedirlər, deməli, bunun başqa səbəbləri də var.

Buraya işi olmadığına və ya pis yaşadıqlarına görə gəlməyənlər çoxdur. Çox vaxt imkanlı adamlar Ermənistanda gələcək görmədikləri üçün gedirlər. Gələcək yoxdur, amma istədiyiniz qədər problem var”, – deyə nəşr yazır.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya