Türkiyə təhlükəli terrorçunu ələ keçirib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə Suriya-Türkiyə sərhədini keçmək istəyən YPG terrorçusu (PKK-nın Suriya qanadı) ələ keçirilib. Məlumatı “Anadolu” verib. 

Türkiyə təhlükəsizlik güclərindəki mənbələrin bildirdiyinə görə, “Cudy” ləqəbli Hüda əl-Tuma “Sülh çeşməsi” antiterror əməliyyatı zanasındakı Mebruk bölgəsində sərhədi keçməyə cəhd edib.

Suriyanın müvəqqəti hökumətinə tabe olan Suriya Milli Ordusunun əsgərləri Türkiyə xüsusi xidmət orqanlarının verdiyi kəşfiyyat məlumatları əsasında cinayətkarın tutulması üçün əməliyyat təşkil ediblər. Əl-Tuma “Sülh çeşməsi” əməliyyatı zonasındakı həbsxanalardan birinə göndərilib. 

Onun 2019-cu ildə terror təşkilatına qoşulduğu, Suriyanın Həsəkə, Ayn əl-Ərəb və Şəddadi şəhərlərində “təlim” keçdiyi bildirilir. O, “Sülh çeşməsi” zonasında hücumların planlaşdırılmasında iştirak edib.

P.ƏMİRCANOV

XQ

Dünya