Ermənistan iqtisadiyyatı köpük kimidir – Rəy

post-img

Vəziyyətimiz çətin, iqtisadiyyatımız ağır  vəziyyətdədir. İqtisadiyyatın müsbət və mənfi tərəflərini vergitutma prosesinin səmərəli təşkili ilə deyil, iqtisadiyyatın kapitalını artıra bilib-bilməməyimiz müəyyən edir. Hazırda Ermənistan iqtisadiyyatının keyfiyyəti köpük kimidir.

“Caliber”in xəbərinə görə, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan mətbuata müsahibəsində deyib.

“Ermənistanda iqtisadiyyatın strukturu pisləşir və bunun qeydə alınmış 9,4 faizlik iqtisadi aktivlik indeksi ilə heç bir əlaqəsi yoxdur. Ticarət 10 faiz, xidmətlər 2,4 faiz, sənaye 1 faiz, tikinti 0,7 faiz artıb. Bununla belə, kənd təsərrüfatı tənəzzülə uğramaqdadır. Belə çıxır ki, iqtisadi artımın əsas hissəsi ticarət və xidmət sahələrinin payına düşür, lakin onlar ölkədə aparıcı sahələr deyil”, - deyə D.Ananyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya