KTMT-nin təlimləri Mərkəzi Asiyada keçiriləcək

post-img

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə Qırğızıstan, Tacikistan və Qazaxıstanda birgə təlimlər keçirəcək. “Sarsılmaz Qardaşlıq – 2024” təlimi Qazaxıstanın ərazisində keçiriləcək.

“İnterfaks” xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov məlumat verib.

Onun sözlərinə görə, təlimlərin aktiv fazalarında üçüncü ölkələrdən müşahidəçilərin iştirakı nəzərdə tutulub.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya