Niderlandlı deputat: Avropa Şurası “sözəbaxan oğlanlar”ın dostudur

post-img

“Mən bir həqiqəti aydın şəkildə başa düşmüşəm ki, hər şey dövlət və hökumət başçılarının Avropa Şurasının iclaslarında özlərini necə aparmalarından asılıdır. Əgər “sözəbaxan yaxşı oğlan” olsa öz ölkəsində nə istəsə edə bilər. Hətta siyasi rəqiblərini, jurnalistləri təqib etdiyinə, qanunlara məhəl qoymadığına görə nə Avropa Şurası, nə də Avropa Komissiyası ona heç bir söz deməyəcək”.

Bu sözləri Avropa Şurasında Nider­landı təmsil edən deputat, liberal-demok­rat Sofi int Veld “Euronews”a müsahibə­sində deyib.

O bildirib ki, müəyyən siyasi xətt yü­rüdənlər isə Avropa Şurası tərəfindən tənqidlərə məruz qalır və qəbul edilmir­lər. Qeyd edək ki, Avropa Şurasında Yu­nanıstanda demokratik vəziyyət müza­kirə olunub. Müzakirələr zamanı bildirilib ki, cinayət hadisələrini araşdırdığı üçün öldürülən jurnalisti qətlə yetirən şəxs­lər hələ də məsuliyyətə cəlb olunmayıb. Bundan başqa, Yunanıstanda siyasi fəal­lar, vətəndaş cəmiyyətinin nümayəndələ­ri elektron izlənməyə məruz qalırlar.

Niderlandlı deputat dolayısı ilə bildirib ki, Yunanıstanın və İtaliyanın baş nazirləri Mitsotakis və xanım Meloni “sözəbaxan” olduqları üçün Avropa Şurası tərəfindən tənqid edilmirlər və onların adları insan hüquqları ilə bağlı hazırlanan hesabat­lara salınmayıb. Lakin Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının ira­dəsinə tabe olmadan siyasət apardığına görə tənqidə məruz qalıb və qəbul olun­mur. Bütün bunlar Avropa Şurasının əsas məqsədinin heç də demokratik ənənələri qorumaq deyil, üzv dövlətləri özünə tabe etməkdən ibarət olduğunu göstərir.

XQ

Dünya