Oljas Bektenov Qazaxıstanın baş naziri təyin olunub

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun ölkənin baş naziri təyin edilməsi haqqında fərman imzalayıb. Məlumatı “İnterfaks.ru” verib. 

“Oljas Abayeviç Bektenov əvvəllər tutduğu vəzifədən azad edilərək Qazaxıstan Respublikasının Baş naziri təyin edilsin”, – prezidentin saytında dərc olunmuş sərəncamda deyilir.

Bundan əvvəl Qazaxıstan parlamenti aşağı palatasının deputatları Bektenovun ölkənin baş naziri təyin edilməsi üçün razılıqlarını bildiriblər.

43 yaşlı Bektenov 2023-cü ilin aprelindən indiyədək prezident administrasiyasının rəhbəri olub. Bu illər ərzində o, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin, Ədliyyə Nazirliyinin və paytaxt akimliyinin rəisi vəzifələrində çalışıb.

Bir gün əvvəl Qazaxıstan prezidenti 2022-ci ilin yanvarından Əlixan Smailovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.

P.ƏMİRCANOV

XQ

Dünya