İsrail HƏMAS-la atəşkəsə razılaşdı

post-img

Qətər Xarici İşlər Nazirliyi: İsrail Qəzza zolağında atəşkəsə razılaşıb

İsrail vasitəçilərin Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-ın irəli sürdüyü təkliflə razılaşıb və radikal qrupdan da müsbət reaksiya gəlib. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Əl-Cəzirə telekanalına bildirib.

“İsrail atəşkəs təklifi ilə razılaşıb və biz HƏMAS-dan ilkin müsbət reaksiya aldıq”, - deyə Məcid əl-Ənsari bildirib.

Bundan əvvəl İsrailin "Mossad" kəşfiyyat xidmətinin direktoru David Barnea Fələstinin HƏMAS hərəkatı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması və girovların mübadiləsinə dair potensial saziş layihəsini təqdim edib.

Qeyd olunur ki, əməliyyat bir neçə mərhələdə baş verə bilər. Birinci mərhələdə 35 israilli qadın 35 gün müddətinə hərbi əməliyyatların dayandırılması müqabilində azad edilə bilər. İkinci mərhələ üzrə danışıqların aparılması üçün müqavilənin daha bir həftə uzada biləcəyi vurğulanır. Daha sonra mülki müdafiə üzvləri, gənclər və İsrail əsgərlərinin azad ediləcəyi gözlənilir.

S.ELAY

XQ

Dünya