Paşinyan KTMT-dən çıxmaq xəttini davam etdirir

post-img

Nikol Paşinyan aylardır KTMT-dən çıxmaq xəttini davam etdirir, bu kimi addımları ilə Qarabağ müharibəsindəki məğlubiyyətə görə özünə və tərəfdarlarına haqq qazandırmaq istəyir.

“Caliber” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun politologiya kafedrasının dosenti Vladimir Şapovalov deyib. 

Alim bildirib ki, Paşinyan əsassız olaraq Rusiya və KTMT-ni günahlandırmağa çalışır: “Rusiya üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, hərbi-siyasi məğlubiyyətlə bağlı hər şey Rusiyanın yox, Paşinyanın vicdanındadır”.

Şapovalov qeyd edib ki, Paşinyanın Rusiya və onun KTMT üzrə müttəfiqləri ilə münasibətlərin tədricən zəifləməsi fonunda Qərb dövlətləri ilə yaxınlaşma xətti nümayiş olunur: “Qərb dövlətləri, ilk növbədə, ABŞ, Fransa və Avropa strukturları təhlükəsizliyin təminatçısı olduqlarını sübut edə bilməyiblər. Əksinə, onların əməlləri Ermənistanın maraqlarını qorumaq deyil, məhv etmək, təxribat etmək, təsirlərini gücləndirmək məqsədi daşıyır.

Paşinyanın gəldiyi nəticə Qafqazda və ümumiyyətlə, makroregional səviyyədə mövcud reallıqlara qətiyyən uyğun gəlmir. Biz görürük ki, KTMT sabitliyin etibarlı təminatçısıdır və Qərb ölkələri heç bir halda təhlükəsizliyin təminatçısı olduqlarını sübut edə bilməyiblər”, - deyə politoloq əlavə edib.

Rizvan FIKRƏTOĞLU
XQ

Dünya