Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dan maye qaz (LNG) alacaq.
Gazeta.ru xəbər verir ki, bu barədə “İnterfaks” ölkənin energetika naziri Viktor Parlikovun yerli televiziyaya verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandrupolis limanına gəlib və Moldova onun boşaldılmasından sonra ilk qaz alıcılarından biri olacaq.
Nazir qeyd edib ki, Amerika qazının qiyməti 1 min kubmetr üçün təxminən 30 avro təşkil edəcək.
S.ELAY
XQ