“Telegram”da audio-video mesajı təzələnib

post-img

“Telegram” mesencerində maraqlı funksiya işə salınıb. Yenilik au­dio və video mesajlarla bağlıdır. Belə ki, artıq istifadəçilər ilk din­ləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə biləcəklər.

Bunun üçün audiomesaj yazarkən üzərində “1” rəqəmi olan düymə seçilir. Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və vi­deomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdir­mək imkanı da əldə edəcəklər.

Funksiya tətbiqin yenilənmiş versiyasında artıq mövcuddur.

Fidan SALMANOVA
XQ

Dünya