Səsdənsürətli yeni təyyarə

post-img

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və “Lockheed Martin” hərbi-sənaye korporasiyası eksperimen­tal səsdənsürətli “X-59” təyyarəsini təqdim edib. Kaliforniya ştatının Palmdeyle şəhərindəki “Lockheed Martin” zavodunda keçirilən mərasim barədə xəbər NASA-nın saytında yayımlanıb.

“Questst” proqramı çərçi­vəsində hazırlanan təyyarə­nin əsas fərqləndirici xüsu­siyyəti ondan ibarətdir ki, səs sürətindən yüksək hərəkət edərkən partlayış eşidilmir. NASA ümid edir ki, yeni təy­yarənin sınaqları 50 il əvvəl tətbiq edilən, ABŞ və bəzi digər ölkələrdə qüvvədə olan səsdənsürətli kommersiya təyyarələrinin uçuşlarına qoyulan qadağanın aradan qaldırılmasına im­kan verəcək.

Tərtibatçılar qeyd edirlər ki, “X-59” prototip deyil, eksperimental təy­yarədir və ondan istifadə gələcəkdə səsdənsürətli sərnişin təyyarələrinin hazırlanması üçün məlumatların toplanmasına imkan verəcək.

Təyyarənin uzunluğu 30 metr, qanadları 9 metr və sürəti saatda 1488 kilometrə çata bilir ki, bu da səs sürətindən yüksəkdir.

XQ

Dünya