Bu gün yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi mə­lumata əsasən, yanvarın 18-də Bakıda və Abşeron yarımada­sında havanın dəyişkən bu­ludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim şimal küləyi əsəcək. Gecə 3-5°, gündüz 6-9° isti ola­caq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sü­tununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağ­mursuz keçəcək. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Müla­yim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlar­da gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlaya­cağı ehtimalı var. 

Q. QASIMOV
XQ

Ekologiya