Martin Ryanr – Azərbaycanda həbsdə olan Fransa casusu

post-img

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.

Bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian 07 yanvar 2024-cü ildə “X” (keçmiş Twitter) sosial platformasın­dakı rəsmi səhifəsində məlumat verib.

O qeyd edir ki, “Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan ca­susluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xa­rici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipul­yasiya) edilib".

Fransa vətəndaşı Martin Ryanın 04 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazır­da Bakıda həbsdə olduğu məlum olur.

Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış mə­lumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükə­sizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Mol­dova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentu­ra şəbəkəsi Azərbaycanda ifşa olunub.

Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən on­larla Fransa xəfiyyəsi aşkarlanıb.

Məlum olduğu kimi, 2023-cü il dekabr ayının 20-də Fran­sa Prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsiz­lik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbər­lik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

XQ



Dünya