Frans Bekkenbauer vəfat edib

post-img

Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib. Bu barədə "Spiegel" qəzeti yazıb.

Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya, 1972-ci ildə Avropa çempionatının qalibi olub.

O, həmçinin 5 dəfə Almaniya çem­pionatının, 3 dəfə ABŞ çempionatının qalibi olub, 4 dəfə Almaniya Kubokunu qazanıb. Çempionlar Kubokunun 3 qat qalibidir. Bir dəfə isə Kuboklar Kuboku və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.

Bekkenbauer futbol tarixinin ən yax­şı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə – 1974 və 1976-cı illərdə "Qı­zıl top"u qazanıb.



Son xəbərlər