İmran Xan azad edilib

post-img

Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbs olunmuş keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qüreyşinin zaminə buraxılması ilə bağlı qərar qəbul edib. Məlumatı “Anadolu” verib. 

Məlumata görə, məhkəmə Pakistan Ədalət Uğrunda Hərəkat (PTI) Partiya­sının liderlərinin haqqında hər biri 1 mil­yon Pakistan rupisi olan iki girov qoymaq barədə hökm çıxarıb. Bundan əvvəl, oktyabr ayında Pakistanın Xüsusi Məh­kəməsi Xan və Qureyşini “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham etmişdi. Lakin pakistanlı siyasətçilər itti­hamları qəbul etməmişdilər.

Noyabr ayında Pakistanın Ədalət Uğ­runda Hərəkat Partiyası Ali Məhkəməyə müraciət edərək Xan və Qureşinin za­minə buraxılmasını istəmişdi. Hər iki si­yasətçi artıq azad olunub. 

Qeyd edək ki, bu il avqustun 5-də İm­ran Xan korrupsiya işi üzrə 3 il müddə­tinə azadlıqdan məhrum edilib. Avqustun 29-da isə Pakistan məhkəməsi onun üç illik həbs cəzasını təxirə salıb və girov müqabilində azadlığa buraxılmasına qə­rar verib. Lakin avqustun 30-da Xan ye­nidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.

P.ƏMİRCANOV
XQ

Dünya