Xəyal Caniyev dünya çempionu oldu

post-img

Azərbaycanın Qarışıq Döyüş Sənəti idmançısı Xəyal Caniyev muay-tay üzrə dünya çempionatında uğurla çıxış edib.

Rusiyanın Çelyabinsk şəhərində keçirilən turnirdə ən nüfuzlu versiya üzrə döyüşdə təm­silçimiz super yarımorta çəkidə Asiya çempionu olan iranlı Moctaba Taravatiyə qalib gəlib.

Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl qarışıq döyüşdə ardıcıl 3 dəfə qalib adını qaza­nıb. 

Leyla SABİRQIZI
XQ

Dünya