Tatarıstanla idman təhsili əməkdaşlığı

post-img

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Tatarıstanın Kazan şəhərində səfərdədir.

Səfər çərçivəsində Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti ilə me­morandum imzalanıb. Bununla da, tərəflər ara­sında ümumi maraqları əhatə edən tədris, elm və beynəlxalq əlaqələr sahələri üzrə əməkdaşlıq məsələləri rəsmiləşdirilib. Fuad Hacıyev Tata­rıstan Respublikası Baş nazirinin müavini Ley­la Fazleyeva ilə də görüşüb. Görüşdə kadrların birgə hazırlanması məsələləri müzakirə olunub.

Tərəflər təhsil, bədən tərbiyəsi və idman sahəsində birgə elmi tədqiqatların mümkün vari­antları ilə bağlı fikir mübadiləsi aparıblar. 

Leyla SABİRQIZI
XQ

İdman