Abşeronda gün yağmursuz, bölgələrdə yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə 10-14°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz olacaq. Azərbayca­nın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağ­lıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 18-23°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya