Həmyerlilərimiz UEFA-nı təmsil edəcək

post-img

AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-da yeni təyinat alıb.

Belə ki, o, qadın futbolçulardan ibarət İsveç­rə və İsveç yığmalarının Millətlər Liqasındakı de­kabrın 1-də Lütsern şəhərində keçiriləcək oyu­nunda UEFA nümayəndəsi olacaq.

AFFA-nın digər təmsilçisi, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssi­si Zümrüd Ağayeva isə bu turnirin dekabrın 5-də Stara-Pazova şəhərində təşkil ediləcək Serbiya – Ukrayna matçında UEFA nümayəndəsi vəzifə­sini icra edəcək. 

Leyla SABİRQIZI
XQ

İdman