Qazaxıstanlı alim AMEA-da

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qazaxıstan Elm və Təhsil Nazirliyinin Çokan Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Ziyabek Kabuldinov ilə görüşüb.

Görüşdə iki ölkə arasında elm sahə­sində əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran akademik İsa Həbib­bəyli AMEA-da aparılan elmi-tədqiqat istiqamətləri barədə danışıb. A.A.Ba­kıxanov adına Tarix və Etnologiya İnsti­tutu ilə Qazaxıstanın Tarix və Etnologiya İnstitutu arasında imzalanmış əməkdaş­lıq müqaviləsinin əhəmiyyətinə toxunan akademik ortaq dəyərlərə malik olan xalqlarımızın tarixi-elmi istiqamətlərinin birgə araşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ziyabek Kabuldinov elmi-tədqiqat müəssisələri arasında imzalanmış əmək­daşlıq haqqında müqavilənin əhəmiyyə­tindən, iki ölkənin tarixçi alimlərinin birgə fəaliyyətinin perspektivindən söhbət açıb, elmi münasibətləri yüksək dəyərləndirib.

XQ

Son xəbərlər