Keçmiş Minneapolis polis zabiti Derek Şovin Arizona ştatındakı federal həbsxanada bıçaqla ağır yaralanıb. Bu barədə Associated Press xəbər yayıb.
Federal Həbsxanalar Bürosu məhbusun yaralandığını təsdiqləsə də, qurbanın adını açıqlamayıb. D.Şovin Corc Floydun qətlinə görə 22 il həbs cəzası çəkir.
Hadisə Tucon şəhərindəki islah müəssisəsində baş verib. AP-nin məlumatına görə, həbsxana "təhlükəsizlikdən və kadr çatışmazlığından əziyyət çəkir" və burada 380-ə yaxın adam var. Həbsxanalar Bürosu bildirib ki, məhbus xəstəxanaya yerləşdirilməzdən əvvəl məmurlar hadisə yerinə müdaxilə edib və xilasetmə tədbirləri görüblər. İşçilərdən heç biri xəsarət almayıb. Həbsxanaya səfərlər dayandırılıb.
Xatırladaq ki, Corc Floyd 25 may 2020-ci ildə polislər tərəfindən saxlanılarkən ölmüşdü. Qaradərili şübhəlinin ölümü ABŞ-da və bir çox başqa ölkələrdə irqi ayrı-seçkiliyə qarşı etirazlara səbəb olmuşdu.
XQ