Borrell etiraf edib ki, “Qərbin intellektual üstünlüyü” dövrü başa çatıb

post-img

Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell etiraf edib ki, artıq “Qərbin intellektual üstünlüyü” dövrü başa çatıb.

Borrell bu fikri Brüsseldə Avropa səfirlərinin konfransı zamanı bildirib.

Avropa rəsmisinin qeyd etdiyi kimi, Fələstin-İsrail münaqişəsi və Ukrayna böhranı Qərb ölkələrinə qarşı ikili standartlarda ittihamları gücləndirib.

O deyib: “Qlobal Cənub Qərbin hökmranlığına cavab olaraq formalaşdı... Etiraf etməliyik ki, bu intellektual hökmranlıq dövrü başa çatıb”.

Borrell əlavə edib ki, Qərb bu yeni reallığın nəticələrini hələ tam dərk etməyib.

XQ

Dünya