Meymun da qız qaçırıb

post-img

Bu hadisə bir neçə gün əvvəl Çinin Quizhou əyalətində olub. Valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıblar. 

Bu barədə “Asia One” portalı məlumat yayıb. Qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub. Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.

XQ

 

Dünya