Avstraliya “DÇ–2034”dən imtina edib

post-img

Avstraliyanın 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyindən imtina etməsi barədə xəbərlər yayılıb. Bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino da təsdiqləyib. 

Belə ki, Avstraliya Futbol Federasiyasının açıqlamasında imtina faktı təsdiqlənib və ölkənin bunun əvəzinə, qadın futbol turnirlərinin təşkilinə diqqət yetirəcəyi vurğulanıb. 

Qeyd edək ki, oktyabrın 31-i sözügedən nüfuzlu turnirin təşkili ilə bağlı ərizələrin qəbulu üçün son gün idi. FIFA-nın rotasiya şərtlərinə əsasən, 2034-cü ildəki mundiala yalnız Asiya və Okeaniya ölkələri evsahibliyi edə bilər. 

Xarici mediada həmin turnirin Səudiyyə Ərəbistanında keçiriləcəyi açıqlanıb.  Bu ölkənin 11 il sonrakı dünya çempionatının təşkilatçısı kimi rəsmi təsdiqi isə 2024-cü ilin dördüncü rübündə baş tutmalıdır.

Elçin ABBASOV
XQ

 

İdman