“WhatsApp”da qrup imkanları

post-img

“WhatsApp” messencerinin iOS üçün yeni beta versiyası indi 31-ə qədər istifadəçi ilə qrup zəngləri yaratmaq imkanı təklif edir. Məlumata görə, “WhatsApp”ın yeni versiyasında 23.21.72 nömrəsi var. Tətbiq yalnız beta test iştirakçıları üçün “App Store”dan endirilə bilər.

Messencerdə əvvəllər 32 hesaba qrup zəngləri olub. Bununla belə, əvvəlki versiyada funksiya zəng təşəbbüskarına müstəqil olaraq yalnız 15 kontakt əlavə etməyə imkan verirdi.

Bildirilir ki, yeni funksiya qrup zənglərini əhəmiyyətli dərəcədə təkmilləşdirir və istifadəçilərə, sadəcə, bir neçə toxunuşla daha çox insana tez qoşulmağa imkan verir. Eyni zamanda, onları sonradan zəngə əlavə etmək ehtiyacını aradan qaldırır.

Bundan bir qədər əvvəl oxşar variant 2.23.19.16 nömrəli “Android” üçün “WhatsApp”ın beta versiyasında tətbiq olunmuşdu.

Gözlənilir ki, yaxın gələcəkdə yenilənmiş qrup zəngləri “Meta İT” korporasiyasının messencerinin buraxılış versiyasında da mümkün olacaq.

Fidan YAQUBLU 
XQ

 

Dünya