Ermənistanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

post-img

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili oktyabrın 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TASS məlumat yayıb.

Mariya Zaxarovanın sözlərinə görə, onun diqqətinə Rusiya rəhbərliyinə, rus diplomatlarına və sülhməramlılarına ünvanlanan “xoşakəlməz nəşrlər” çatdırılıb.

M.Zaxarova vurğulayıb ki, Ermənistanın informasiya məkanında geniş yayılmış anti-Rusiya kampaniyasının qəbuledilməz olduğunu müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

XQ

Dünya