Türkiyə Qəzzaya humanitar yardım göndərib

post-img

Türkiyədən Qəzzaya ilkin humanitar yardım göndərilib.

Hərbi təyyarə ilə göndərilən yardımlar Misirə çatıb. Ərzaq və təcili tibbi yardım vasitələrindən ibarət humanitar yükün Rəfah qapısından keçirilərək Qəzza sektoruna çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Misirə səfər edəcək. Onun misirli həmkarı Sami Şükri ilə görüşəcəyi bildirilir. Görüşdə İsrail-Fələstin münaqişələrinin həlli məsələləri də müzakirə olunacaq.

Xatırladaq ki, İsrail və Fələstin arasında münaqişənin kəskinləşdiyi andan etibarən Türkiyə problemin diplomatik yollarla həlli istiqamətində çoxşaxəli səylərini davam etdirir.

Dünya