Avropada təbii qazın noyabr fyuçerslərinin dəyəri min kubmetr üçün 600 dolları ötüb. Bu, oktyabrın 13-də London ICE birjasında ticarət zamanı məlum olub. Xəbəri “İnterfaks.ru” verib.
Səhər saatlarında Hollandiyanın TTF mərkəzində fyuçers qiyməti 610 dollara çatıb. Sonuncu dəfə belə vəziyyət fevralın ortalarında baş verib. Sonradan qazın qiyməti 588 dollara düşüb.
Bundan əvvəl, oktyabrın 10-da Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) analitiki İqor Yuşkov bildirmişdi ki, Fələstin-İsrail münaqişəsi neftin qiymətinin artmasına səbəb ola bilər. Həmçinin, İsrailin Tamar yatağının bağlanması səbəbindən qazın qiyməti artıb.
P.ƏMİRCANOV
XQ