Qırğızıstan və Türkmənistan prezidentləri görüşüblər

post-img

Bu gün Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovla görüşüb. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən “Anadolu” verib. 

Məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq, o cümlədən ticarət-iqtisadi, energetika sahələrində qarşılıqlı əlaqələr və MDB dövlət başçılarının görüşündəki gündəlik ətrafında müzakirələr aparılıb.

Japarov Tütkmənistanı əhəmiyyətli iqtisadi tərəfdaş hesab etdiyini, bu ölkə ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına və genişlənməsinə böyük önəm verdiyini bildirib. 

P.ƏMİRCANOV
XQ

Dünya