Sürünən daşlar

post-img

“Ölüm vadisi”ndəkı daşları nə hərəkətə gətirirmiş?

Planetimizdə çoxlu sayda fenomenlər, sirli-sehrli məkanlar mövcuddur. Onlardan bəzilərinin məntiqə söykənən elmi izahı verilsə də, digərlərinin ətrafında bu gün də suallar dolaşmaqda, müəmmalar qalmaqdadır. Təbiətin bizə ünvanladığı belə tapmacalardan biri də Amerikanın Kaliforniya ştatında yerləşən “Ölüm vadisi”ndəki məşhur sürünən daşlardır. 

Məsələ ondadır ki, qu­rumuş “Reystrek-Playa” gö­lünün səhralaşmış səthini örtən böyük daşlar hərdən kənar təsir olmadan, san­ki, özləri hərəkətə gəlir və arxalarınca özünəməxsus iz buraxırlar. Bu sürünən daşların sirri hələ XX əsrin əvvəllərində alimlərin mara­ğına səbəb olmuşdur. 

ABŞ-ın Okeanoqrafiya İnstitutunun alimləri apar­dıqları təcrübə nəticəsində daşların sirrini açıblar. Belə ki, 2021-cü ilin dekabrında keçmiş göldə əmələ gələn nazik su təbəqəsi donduq­dan sonra buz xüsusi cihaz və kamera ilə təchiz edilmiş daşları saatda 5 metr sürət­lə hərəkətə gətirib. 

Maraqlıdır ki, ildə bir dəfə baş verən bu hadisə zamanı relyefə görə sü­rüşən ağır daşların izləri üç-dörd il silinməz qalır...

SEVDA
XQ

Dünya