“WhatsApp” köhnə smartfonları “bəyənmir”

post-img

“WhatsApp” tərtibatçıları 2023-cü il oktyabrın 24-dən köhnə smartfonlarda tətbiqin fəaliyyətinin dayandırılacağı barədə məlumat veriblər. Belə ki, həmin tarixdən etibarən “WhatsApp”ın yalnız And­roid ƏS 5.0, iOS 12 və yuxarı versiyaları dəstəkləyə­cək. 

“Samsung Galaxy Note2”, “Galaxy S2”, “Ga­laxy Nexu”, “Galaxy Tab 10.1”, “HTC One”, “Desi­re HD”, “Sensation”, “LG Optimus 2X”, “Optimus G Pro”, “Nexus 7”, həmçinin “Sony XperiaZ” və “S2”, “Sony Ericsson Xperia Arc3” və” Motorola. Xoom/Droid Razr” smartfonlarının sahibləri yaxın gələcəkdə məşhur messencerə girişi itirəcəklər.

ANAR
XQ

Dünya