İnsanabənzər yeni robot

post-img

Amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkətinin istehsal etdiyi insanabənzər robot “Optimus” yeni bacarıqlarını nümayiş etdirib.

Humanoid əsaslı robot ka­meradan alınan məlumatlar sayəsində obyektləri müstəqil şəkildə təsnif edə, həmçinin yoqa hərəkətlərini yerinə yetirə bilir. Robot rəngarəng kubları da müvafiq qablara uyğun yer­ləşdirmək bacarığına malikdir.

Mütəxəssislərin sözlərinə görə, şirkət buna görə avtonom idarəetmə sisteminə bənzər texnologiyadan istifadə edib. Bu da robota öz mühitini təhlil etməyə və alınan məlumatlar əsasında qərarlar qəbul et­məyə imkan verir.

Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Ciha­zın yaradılmasının məqsədi ağır əşyaların daşınması və potensial təhlükəli işləri yerinə yetirməkdir.

FİDAN
XQ

Dünya