Qarında 32 kq kista?

post-img

Ötən həftə Goranboy rayonundan cərrahi əməliyyat üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edən xəstə qarnındakı ağrılardan şikayətləndiyini bildirib. Müayinələrdən sonra baş həkim, tibb elmləri namizədi Cəmil Ələkbərov xəstəni əməliyyat edib. 

38 yaşlı, 128 kiloqram çəkisi olan qadının əməliyyatı 4 saat çə­kib. Əməliyyatda cərrahiyyə şöbə­sinin müdiri Fariz Abdullayev və cərrah–ginekoloq Xanım Rəşid iştirak ediblər. 

Əməliyyat nəticəsində hə­kimlər gözlənilməz hadisə ilə qarşılaşıblar. Xəstənin qarnın­dan çıxarılan kistanın çəkisi 32 kiloqram olub. 

Əməliyyatdan sonrakı gün qadın ayağa qalxanda əvvəllər çətinliklə yeridiyini, indi isə özü­nü çox yüngül hiss etdiyini bildi­rib və həkimlərə təşəkkür edib.

Xəstə vəziyyəti normal ola­raq evə buraxılıb.

ZƏRİFƏ
XQ

Son xəbərlər